Gecə saatlarında Şamaxıda ard-arda 4 nəfər dəm qazından zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, ilk olaraq şəhərin Salman Mümtaz küçəsinin sakini 1957-ci il təvəllüdlü Şabanı Xədicə Bayram qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra həmin küçənin digər sakini 1992-ci il təvəllüdlü Elvin Muradov, gecənin digər saatlarında Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəlüddlü Əmralı Diləfruz Dadaş qızı və 8 yaşlı Əmralı İslam Murad oğlu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Dəm qazından zəhərlənmiş şəxslərə ilkin müdaxilələr edilib, vəziyyətləri qənaətbəxşdir.
Hazırda hər üç faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər