Musiqi dünyasının ən nüfuzlu mükafat tədbiri hesab olunan “Qremmi” Los-Ancelesdə baş tutub. “Qafqazinfo” xəbər verir ki, “Staples Center”də reallaşan gecənin aparıcısı Alicia Keys olub.
Əvvəlcə, o, helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayantı anıb. Pop ifaçısı Lizzo da açılış performansına “Kobi, bu gecə sənin üçün” deyərək başlayıb.
.jpg)
Şou dünyasının “Oskarı” adlanan gecədə 18 yaşlı Billie Eilish “ilin albomu”, ilin müğənnisi”, “ilin mahnısı” daxil olmaqla 5 nominasiya üzrə qalib olub.
“İlin ən yaxşı rep performansı” “Higher” - DJ Khaled ft. Nipsey Hussle və John Legend, “ən yaxşı rep albomu”- IGOR - Tyler, The Creator, “ən yaxşı solo pop performansı” “Truth Hurts” ifasıyla Lizzo, “ən yaxşı sauntrək” “Chernobyl” filmi, Hildur Qudnadouttir bəstəsi seçilib və bütün musiqi qolları üzrə qaliblər mükafatlandırılıb.







Son xəbərlər
Son Xəbərlər