Bir geyimi 250 saata hazırladı- - Fotolar

bir-geyimi-250-saata-hazirladi-
Oxunma sayı: 2173


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, fəaliyyətinə müxtəlif Disney qəhrəmanlarının geyimlərini hazırlamaqla başlayıb. Daha sonra tarixi dövrlər Angelanın marağını çəkdiyi üçün, onları hazırlamaq qərarına gəlib: “İstədim ki, bəyəndiyim geyimləri öz dizayn üsulumda işləyim. Bu daha çox marağımı çəkdi. Bir-iki dəfə sınadım, məncə, pis alınmayıb”.

Qeyd edək ki, Angela bu sahədə heç bir dərs almayıb. Dərziliklə yanaşı aksesuarlar hazırlayan gənc modelyer fərqli və praktik üslubu ilə də seçilir. Onun ən bəyəndiyi dizaynı “Yeni il mələyi”dir. Bu libası 250 saata hazırlayıb. Geyimin ətək hissəsi tamamən əl işidir. İntibah dövrünü canlandırmaq üçün hazırladığı bir geyimə isə 11 metr parçadan istifadə edib. Angela Clayton blogunda geyimləri necə hazırladığını hər bir xırdalığı ilə ifadə edib.