Bir gündə 100 protokol yazıldı - Video

bir-gunde-100-protokol-yazildi
Oxunma sayı: 2372

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkətinin nizamlanması və baş verə biləcək qəzaların qarşısının vaxtında alınması məqsədi ilə Zaqatala və Balakəndə təşkil olunan reyd zamanı qayda pozuntuları aşkar olunub.

QafqazinfoRegion TV-yə istinadən xəbər verir ki, sürücülük hüququ olmayan, kobud yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı müvafiq qaydada protokol tərtib edilib. Keçirilən reyd zamanı iki rayon üzrə qaydaları pozan 100-ə yaxın sürücü barəsində inzibati tədbirlər görülüb.

Qarşıdakı aylardada analoji tədbirlərin mütəmadi təşkil edilməsi nəzərdə tutulub.