Bir gündə 57 milyon avro itirdi

bir-gunde-57-milyon-avro-itirdi
Oxunma sayı: 1291

Macarıstanın qiymətli kağızlar bazarı bu günlərdə dünyaya bələdiyyə seçkilərinin maraqlı firmaların səhmlərinin məzənnəsində necə əks oluna biləcəyini əyani göstərib.

"Qafqazinfo"  xəbər verir ki, Macarıstanın ən varlı biznesmenlərindən birinin – Lorints Mesaroşun şirkətləri bir birja günü ərzində böyük ziyana düşüb. Budapeşt Fond Birjasının açılışından sonra onun əsas səhmlərinin - “Opus Global” və “4iG”nin məzənnələri müvafiq olaraq 8 və 2,5 faiz düşüb. Beləliklə, ”Opus” səhmləri 19 milyard forint (1 avro 333 forintə bərabərdir) itirib və bunun 13 milyardı Mesaroş ailəsinin itkiləri olub. Hellert Yasainin “4iG” səhmlərinin birja dəyəri isə 2 milyard forint azalıb.

Lorints Mesaroşun maraq dairəsinə daxil olan “Appeninn” şirkəti də hərraclara 2,55 faiz həcmində itkilərdən başlayıb.

Macarıstan KİV-lərinin yaydığı məlumata görə, itkilər bu istirahət günləri paytaxt Budapeştdə və digər dörd iri şəhərdə keçirilmiş bələdiyyə seçkilərində müxalifətdən olan namizədlərin qələbəsi fonunda baş verib.

Beləliklə, Lorints Mesaroş təkcə bir gündə 57 milyon avro ziyana düşüb.