Bir gündə Bakıda beş taksi qəza törətdi - 3-ü “Prius”dur

bir-gunde-bakida-bes-taksi-qeza-toretdi
Oxunma sayı: 4178

Son 24 saatda Bakıda 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisələrin hamısı taksi fəaliyyəti ilə məşğul olan maşınlar tərəfindən törədilib.

Maraqlıdır ki, qəzaların üçünə “Toyota Prius” markalı avtomobillərin sürücüləri səbəb olub.

Hadisələr zamanı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.