Bir gündə məhv edilən Rusiya uçuş texnikasının sayı açıqlandı

bir-gunde-mehv-edilen-rusiya-ucus-texnikasinin-sayi-aciqlandi
Oxunma sayı: 4297

Ukrayna Silahlı Qüvvələri bir gündə məhv etdikləri Rusiya hərbi texnikasının sayını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, Ukrayna SQ-nin Baş Qərargahının yaydığı məlumata görə, ötən gün Hava Qüvvələri 7 rus hədəfini vurub. 

Bunlara 1 təyyarə, 4 Pilotsuz Uçuş Aparatı və 2 qanadlı raket daxildir. 

Qeyd edilib ki, Rusiyanın digər avadanlıq və canlı qüvvəsinə də sarsıdıcı zərbə endirilib.