Bir gündə nə qədər vaksin vurulub?

bir-gunde-ne-qeder-vaksin-vurulub
Oxunma sayı: 1312

Azərbaycanda son sutkada koronavirus əleyhinə 31 417 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 346, ikinci mərhələ üzrə 19 071 nəfərdir.

Vurulun vaksinlərin ümumi sayı 9 138 351, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 942 003, ikinci mərhələ üzrə isə 4 196 348 nəfər təşkil edir.