Bir günə 1638 sürücü geri qaytarılıb

Bir günə 1638 sürücü geri qaytarılıb
Oxunma sayı: 987

Dünən karantin qaydasını pozan 1638 sürücü geri qaytarılıb. 

Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 1-i saat 08-dən aprelin 2-i saat 08-dək olan müddət ərzində Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 24-ü rayon, 190-ı paytaxt istiqamətinə olmaqla 214, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 14-ü rayon, 63-ü paytaxt istiqamətinə olmaqla 77 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.      

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 68-i rayon, 88-i paytaxt istiqamətinə olmaqla 156 nəqliyyat vasitəsi geri qaytarılıb. 

Sumqayıt şəhərinin çıxışında yerləşən keçid postundan 395, Abşeron rayonunun çıxışında yerləşən keçid postundan 796  nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.            

Gün ərzində 1638 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi, habelə digər yollarla keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 12 nəfər inzibati qaydada həbs olunub, 1243 nəfərin barəsində isə cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Martın 19-dan aprelin 2-dək 8685 nəqliyyat vasitəsinin rayon, martın 24-dən aprelin 2-dək isə 6380 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.      

Ümumilikdə bu günədək 16256 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi