Bir günə 22 cinayətin üstü açılıb

bir-gune-22-cinayetin-ustu-acilib
Oxunma sayı: 1383

Dünən gün ərzində cinayət-axtarış xidmətləri tərəfindən 22 cinayətin üstü açılmaqla, şübhəli şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunub. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, cinayət axtarış xidmətləri ilə yanaşı, Binəqədi RPİ Post Patrul Xidməti əməkdaşları borclu kimi axtarışda olanlar – 1988 təvəllüdlü, Ü.Fərəcov və E.Səmədovu müəyyən ediblər. Sabunçu RPİ Post Patrul Xidməti əməkdaşları 1989-cu il təvəllüdlü B.Kərimovdan 246 qram metamfetamin, əvvəllər CM-nin 306-cı maddəsi ilə məhkum olunan 1991 təvəllüdlü T.Vəliyevdən 2,512 qram heroin, 165 qram metamfetamin və evinin yaxınlığında yerləşən yarımtikilidən 1 kq 700 qram heroin aşkarlayıblar, Yasamal RPİ Xidməti əməkdaşları CM-nin 177-ci maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü X.İsmixanovu saxlayıblar. Saxlanılan şəxlər ərazi üzrə şöbə və bölmələrə təhvil verilir. Araşdırmalar davam etdirilir. 

Qeyd edək ki, son aylar əməliyyat-axtarış xidmətləri ilə yanaşı, cinayətkarların tapılmasında ərazi polis orqanlarının Post Patrul Xidməti əməkdaşlarının fəallığı artmaqdadır.