Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.
“Qafqazinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Şüvəlan qəsəbəsində 1975-ci il təvəllüdlü Zaur Hacıyev yaşadığı evdə özünü asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Daha bir intihar hadisəsi Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbə sakini Deremov Vyaçeslav Vladimiroviç də özünü yaşadığı evdə asaraq ölüb.
Qəbələ rayonunda da intihar hadisəsi baş verib. Hadisə rayonun Soltannuxa kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Sarvan Davudov yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
“Report”un məlumatına görə, Mərdəkan qəsəbəsində də intihar olub. 1968-ci il təvəllüdlü Babayev Kamal avtomobilin təhlükəsizlik kəmərindən istifadə edərək özünü asıb.
Bütün faktlarla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü ölüm həddinə çatdırma) cinayət işi başlanıb.
Qeyd edək ki, daha öncə 3 uşaq atası, 1977-ci il təvəllüdlü Emil Qismət Oğlu Hacıyev də özünü öldürmüşdü.
Son xəbərlər
Son Xəbərlər