Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı - Foto

bir-hefte-evvel-kanalda-batan-yeniyetmenin-meyiti-tapildi
Oxunma sayı: 4450

Mayın 29-da Yuxarı Qarabağ kanalında  batan şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun axtarışları başa çatıb.

A.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə Qarabağ kanalının şəhərin Əli qəbristanlığı yaxınlığından keçən hissəsində baş vermişdi. 18 saylı məktəbin 6-cı sinif şagirdi Əliyev Ayxan Məhəmməd oğlu kanalda çimərkən batmışdı.

Yeniyetmənin nəşi Vaqon şəhərcik adlanan massivə aparan körpünün yaxınlığında sahilə çıxarılıb.