Bir həftə əvvəl ürəyinə stent qoyulan şəxs vəfat etdi

bir-hefte-evvel-ureyine-stent-qoyulan-sexs-vefat-etdi
Oxunma sayı: 5211

Şəkidə 1 həftə əvvəl ürəyinə stent qoyulmuş şəxs vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Baş Layısqı kəndində baş verib.

63 yaşlı kənd sakini Gülbahar Hüseynova yaşadığı evin həyətində yıxılaraq başından xəsarət alıb. Qadının hadisə yerində öldüyü bildirilir.

Məlumata görə, G.Hüseynovanın ürəyində problem olduğu üçün 1 həftə əvvəl o, əməliyyat keçirib. Daha uzun yaşaması üçün ürəyinə stent qoyulub.

Amin Nəzərli