Bir həftədə Ukraynanı bu qədər sakin tərk edib

bir-heftede-ukraynani-bu-qeder-sakin-terk-edib
Oxunma sayı: 1981

Son 7 gün ərzində Ukraynadan qonşu ölkələrə gedən sakinlərin sayı 1 milyon nəfər təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi öz rəsmi tviter hesabında açıqlayıb.

“Cəmi yeddi gün ərzində Ukraynadan bir milyon qaçqının qonşu ölkələrə getməsinin şahidi olduq”, - deyə Qrandi qeyd edib.