Bir həftədən sonra evlərinə işıq verildi

Bir həftədən sonra evlərinə işıq verildi
Oxunma sayı: 2535

Xəbər verdiyimiz kimi, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ölkədə elektrik enerjisindən istifadəyə görə tariflərin artırılmasına etiraz olaraq ödəniş etməkdən imtina etdikdən sonra onun evinin işıqları kəsilib. Daha sonra, siyasətçi 1 həftə ərzində etirazını davam etdirərək borcu ödəməyəcəyini açıqlayıb. 

“Qafqazinfo” “Cümhuriyet”ə istinadən xəbər verir ki, Kılıçdaroğlu etirazının 1 həftəsi tamam olduğundan işığa olan borcunu ödəyib. CHP sədri sözügedən borcunu bu gün səhər saatlarında internet üzərindən verib. 

Bunun ardınca, məsul qurumun əməkdaşları siyasətçinin evinə işıq verilişini bərpa ediblər.