Bir il sonra dəyişməyən coşqu - Fotosessiya

bir-il-sonra-deyismeyen-cosqu
Oxunma sayı: 8831

Xəbər verdiyimiz kimi, bu gün 8 Noyabr – Vətən müharibəsində qazandığımız qələbənin birinci ildönümüdür. Zəfər Günü paytaxt Bakıda xüsusi təntənə ilə qeyd olunur. Azərbaycan və Türkiyə bayraqlarına bürünərək küçələrə axın edən gənclər mahnı oxuyur, oynayır, qalibiyyət sevincini ifadə edirlər. 

Bu gün Bakı küçələrində ən çox diqqətçəkən isə hərbi geyimli qazilərdir. Bu bayramda ən çox haqqı olanlar da onlardır. Döyüş yoldaşları, ailə üzvləri, övladları ilə birgə şəhərə çıxan qazilərin üzündə qürur və sevinc aydın duyulur.  
 
Mərkəzi küçələrdə bayram əhval-ruhiyyəsi daha çox hiss olunur. Burada yerli əhalinin bayram sevincinə şəhərdə qonaq olan turistlər də qoşulub. 

“Qafqazinfo”nun əməkdaşı Müzəffər İsmayılovun Zəfər Günü paytaxtdan çəkdiyi fotoları təqdim edirik: