Bu gün "Azercell Telekom"un 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, şirkətin prezidenti Vahid Mürsəliyev bildirib ki, 2017-ci ildə “Azercell” dövlət büdcəsinə 179.7 milyon manat, 21 il ərzində 1 milyard 637.5 milyon manat vergi ödəyib:
“Şirkət Azərbaycanda telekomunikasiyanın inkişafına 2017-ci ildə 41 milyon 837 min 259 manat, 1996-2017 də 1 milyard 467 milyon 779 min 40 ABŞ dolları sərmayə yatırıb”.
Tədbirdə o da qeyd olunub ki, 2011-ci ildən bu vaxta qədər ən yaxşı nəticə də məhz 2017-ci il olub.
Belə ki, "Azercell" il ərzində 411 milyon manat satış həyata keçirib və bu məbləğin 50%-i qədər gəlir əldə edib.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər