Bir ildə “e-imza” sahiblərinin sayı 35 faiz artıb

bir-ilde-e-imza-sahiblerinin-sayi-35-faiz-artib
Oxunma sayı: 1152

Azərbaycanda elektron imzaya maraq çoxalıb.

“Qafqazinfo” xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən "ıctnews" Elektron Xəbər Xidmətinə verilən məlumata görə, bu ilin əvvəlinə qədər ümumilikdə 38618 elektron imza istifadəyə verilib.

Bu elektron imzaların 23795-i dövlət qurumlarının, 7913-ü fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər isə 6910 elektron imza əldə edib.

Ötən il istifadəyə verilən elektron imzaların sayı 10039 olub, 35 faiz artım qeydə alınıb.