Bir ildə qidadan 7 nəfər ölüb

bir-ilde-qidadan-7-nefer-olub
Oxunma sayı: 646

Ötən il 7 nəfər qida zəhərlənməsindən vəfat edib. 

“Qafqazinfo” xəbər veri ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mətbuat konfransında verib. Sədr qeyd edib ki, il ərzində 482 təcili bildiriş daxil olub və bu zaman 208 zəhərlənmə faktı qeydə alınıb:

“Ölüm faktlarından 4-ü qida yox, metanolla zəhərlənmə faktıdır. Sadəcə spirtli içki qablaşdırmasında istifadə olunduğundan biz onları da qida zəhərlənməsi siyahısına əlavə etmişik. Nəticələrə əsasən, 87.7 faizlik qida zəhərlənmə faktları məişət şəraitində baş verib”.

***

Sədr bildirib ki, ötən il qida təhlükəsizliyi baxımından 1291 yoxlama həyata keçirilib. Onlardan 471-i plandan kənar və vətəndaşların müraciətləri əsasında baş tutub: “798 inzibati xəta ilə bağlı protokol təyin olunub. 372 min manatdan çox inzibati cərimə tətbiq olunub. Ümumilikdə, 108.2 min ton və 99.4 min ədəd məhsul zərərsizləşdirilib, 629 ton və 9734.9 litr məhsul məhv edilib, 33.3 ton məhsul isə utilizasiya olunub. 

Bundan başqa ölkə ərazisində fəaliyyət göstərən 1206 bağçada monitorinqlər keçirilib və 300-ə yaxın müəssisədə də keçirilməsi planlaşdırılır.

Dövr ərzində Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə 45 əməliyyat həyata keçirilib. Bunlar ət, ət məhsulları, süd, məhsulları, spirtli içkiləri ilə bağlı olub və nəticədə 20 cinayət işi açılıb. 

1003 Çağrı mərkəzimizə 20 minə yaxın müraciət daxil olub. Bu, kifayət qədər yüksək rəqəm olsa da, bizi qane etmir. Qida təhlükəsizliyi baxımından cəmiyyətin rolu, dəstəyi vacibdir”.