Bir ildən sonra ilk dəfə birlikdə görüntüləndilər - Fotolar

bir-ilden-sonra-ilk-defe-birlikde-goruntulendiler
Oxunma sayı: 7331

Birləşmiş Ərəb Əmirliklərində Viktoriya Lopıryovanın təşkilatçılığı ilə “Russian Gala by Victoria Lopyreva” adlı gecə keçirilib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Dubayda baş tutan tədbirə Xalq artisti Emin Ağalarov və keçmiş həyat yoldaşı Alyona Qavrilova, müğənnilər Nyuşa, Yan Qe, Sergey Polunin və başqaları qatılıblar.

Ötən gecə isə hotellərin birində “Russian Gala Dinner” keçirilib. Qonaqlar gecənin “dress-code”una əməl edərək yeməyə ağ, qara və boz çalarlara üstünlük veriblər. Gecədə Emin mahnıları ilə çıxış edib.

Qeyd edək ki, E. Ağalarov A. Qavrilova ilə 2018-ci ilin iyul ayında ailə qurub, 2020-ci ilin may ayında boşanıb. Cütlüyün Afina adlı bir qız övladı var. 41 yaşlı Eminin sözlərinə görə, ailənin dağılmasında günahkar, ilk növbədə, özü olub