Bir ilin gəlini özünü asdı

bir-ilin-gelini-ozunu-asdi
Oxunma sayı: 707

Anspress xəbər verir ki, Əliqulu Nərimanov, 8 ünvanında kirayədə yaşayan, əslən Qubanın Rustov kəndindən olan 1992-ci il təvəllüdlü Ağacanova Günay Teymurşah qızı özünü həyətdəki heyva ağacından asıb.

Quba Rayon Prokurorluğunun böyük müstəntiqi Elmar İsmayılovun sözlərinə görə, G.Ağacanova 1 il öncə ailə həyatı qurubmuş. Qızın ailə üzvlərinin hüquq-mühafizə orqanlarına verdiyi məlumata görə, Günay qarabasmalar görürmüş.

G.Ağacanovanın meyiti Quba morqunda tibbi ekspertizadan keçəndən sonra ailəsinə təhvil verilib.

Quba Rayon Prokurorluğunda faktla bağlı CM-in 121-ci maddəsi ilə cinayət işi açılıb.