“Bəli, bir komanda bu il Premyer Liqanı tərk edəcək. Təbii ki sonuncu yeri tutan. Buna görə Premyer Liqa klubları bunu nəzərdə saxlasın”.
“Qafqazinfo” xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin iclasından sonra deyib.
O hazırda Premyer Liqada klub sayının artmasının planda olmadığını deyib: “Nəzərdə tutulub ki, 1-ci diviziondan bir komanda idman prinsipləri qorunaraq, yüksək liqaya gəlsin. Premyer Liqada komandaların sayının artırılması bu dəqiqə müzakirə mövzusu deyil”.
Son xəbərlər
Son Xəbərlər