“Bir mətbuat konfransının tarixi”

bir-metbuat-konfransinin-tarixi
Oxunma sayı: 2325


“Qafqazinfo”nun məlumatına görə, “Qanlı yanvar” faciəsi ilə bağlı olan “Bir mətbuat konfransının tarixi” sənədli filmi bu axşam- Yanvar ayının 19-dan 20-nə keçən gecə saat 23:05 -də Xəzər televiziyasında yayımlanacaq. Müəllif həmin hadisələrin iştirakçısı telejurnalist Mübariz Əsgərovdur. O, film haqqında fikirlərini belə bölüşüb: 

“1990-cı ilin yanvar ayında Bakıya qoşun yeridiləndə, həmin anların dəhşətini Moskvada yaşayan və təhsil alan azərbaycanlılar da yaşadı. Onlar dərhal  Azərbaycanın Moskvada yerləşən Daimi Nümayəndəliyinə gəldilər... Həmin insanları bura Azərbaycan yığmışdı. Hamı onun taleyindən çox narahat idi...

Moskanın səhəri açılmışdı. Bu insanların səhəri açılmırdı, hamı qara yanvarın  qaranlığında həqiqət işığı axtarırdı. Buranın siyasi hərarəti də Azərbaycandakı hərarətə tam  bərabər idi. SSRİinin bayrağını yandıran da var idi, partiya biletini cıran da...

Heydər Əliyev məcburi istefadən sonra ilk dəfə göründü. 1990-cı il yanvarın 21-də  Azərbaycan Respublikasının Moskvadakı Daimi Nümayəndəliyinə gəlib bu hadisələrin təşkilatçılarına öz kəskin etirazını bildirdi və öz xalqına dərin hüznlə başsağlığı verdi. Onun bu sərt mövqeyi dünyanın ən böyük  informasiya vasitələrinin manşetinə çevrildi.

Həmin mətbuat konfransından dərhal sonra Moskvadan bir-çox ictmai təşkilatların nümayəndələri-hüquq müdafiəçiləri Bakıya gəldilər. Gördükləri həqiqətləri ictimaiyyətə çatdırdılar, yanvar faciəsi ilə bağlı yaradılmış yanlış ictimai rəyi dəyişməyə çalışdılar.

O vaxtın şahidləri-1990-cı ildə SSRİ Ali Sovetinin deputatları olmuş  Yevgeniy  Kojokin, Lev  Ponomoryov, Rusiya “Vətəndaş Həmrəyliyi” Komitəsinin sədri Svetlana  Qannuşkina,həmin vaxt  Moskvada yaşayan həkim-alim Lalə Şövkət,həmin vaxt Xalq Cəbhəsinin Moskvadakı nümayəndəsi Zöhrab Şamxalov,həmin vaxt Moskva Dövlət Universitetinin aspirantı Əli Həsənov və başqaları  düz 25 ildən sonra həmin hadisənin həyacanını bir daha yaşayacaqlar”.