Avstraliya polisi rekord qiymətə olan narkotik vasitəni ələ keçirib.
“Qafqazinfo” beynəlxalq xəbər agentliklərinə istinadən xəbər verir ki, güclü təsir gücünə malik olan narkotik maddə - metamfetamin polislər tərəfindən müsadirə olunub. Hadisə zamanı 1 Çin, 3 Hong Kong vətəndaşı da həbs edilib. Bildirilir ki, ələ keçirilən narkotik maddənin faktiki bazar qiyməti 1 milyard dollardır.
Avstraliya ədalət naziri Michael Keenan deyib ki, bu ölkə tarixində ən böyük narkotik qaçaqmalı hesab olunur.
Son xəbərlər
Son Xəbərlər