“Bir milyard kredit götürmək istəyirik” - - Rövnəq Abdullayev

bir-milyard-kredit-goturmek-isteyirik-
Oxunma sayı: 3009


“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Neftqaztikinti" trestinin yeni inzibati binasının açılışı zamanı deyib. Onun sözlərinə görə, SOCAR təxminən 1 milyard manat həcmində kredit cəlb etmək niyyətindədir: "Kredit OGPC layihəsinin birinci mərhələsinin reallaşdırılması üçün alınacaq. Biz ödəmə müddətinin beş il artırılması ilə 10 il müddətinə təxminən 1 milyard dollar kredit götürmək niyyətindəyik".