“Bir nazirlik yoxdur ki, peşə-ixtisas məktəbi açsın”

bir-nazirlik-yoxdur-ki-pese-ixtisas-mektebi-acsin
Oxunma sayı: 3826

“Nazirliklər peşə məktəbləri açsınlar. Bütün nazirliklər akademiya açır. Bir nazirlik yoxdur ki, peşə-ixtisas məktəbi açsın”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisin iclasında deyib.

Onun sözlərinə görə, Gəncə, Mingəçevir, sənaye şəhəri Sumqayıtda peşə məktəbləri çox azdır: “Belə məktəblər çox olsa, gənclər heç universitetlərə müraciət etməz. Ölkədəki hər struktura, hər təşkilata şərt qoyulmalıdır ki, peşə-ixtisas məktəbləri açsınlar”.

Zaur Mirzə

Həmçinin oxuyun: AccessBank обнародовал аудиторский отчет за 2022 год