Bir neçə cəzaçəkmə müəssisəsinin rəisi dəyişdi

bir-nece-cezacekme-muessisesinin-reisi-deyisdi
Oxunma sayı: 654

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə növbəti kadr dəyişikliyi olub.

“Qafqazinfo”nun APA-ya istinadən məlumata görə, bir müddət əvvəl vəzifəsindən azad edilən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova yeni vəzifə verilib.
 
O, 1 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib.
 
8 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qaçay Aslanov isə təqaüdə göndərilib. 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilən Rövşən Niyazov 8 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.