Nigeriya millisinin baş məşqçisi Qernot Ror Argentinaya 1:2 hesabı ilə uduzduğu oyunu şərh edib. “Qafqazinfo”nun məlumatına görə, o, bildirib ki, komandasının qələbə üçün təcrübəsi çatmayıb:
“Biz çox təəssüflənirik. Mənim komandam əlindən gələni etdi. İkinci hissədə biz əla oynadıq. Uğur üçün cəmi bir neçə dəqiqə çatmadı.
İkinci hissədə bacardığımız oyunu nümayiş etdirdik. Təcrübə çatmadı, çünki biz çox gənc komandayıq. Belə oyunlar təcrübə sözünü deyir. Əminəm ki, bir neçə ildən sonra siz çox güclü Nigeriya görəcəksiz”.
Son xəbərlər
Son Xəbərlər