Bir neçə dil bilmək yüksək intellektin göstəricisidirmi?

bir-nece-dil-bilmek-yuksek-intellektin-gostericisidirmi
Oxunma sayı: 1468


“Qafqazinfo” xəbər verir ki, alimlər tədqiqatda iştirak edən könüllüləri üç qrupa bölüblər. Birinci qrupa çox dil bilənlər, ikinci qrupa poliqlotlar, üçüncü qrupa isə yalnız ingilis dilinin iki dialektini bilənlər daxil idi. Məlum olub ki, bu üç qrupda intellektin səviyyəsi barədə bütün xəbərdarlıqlar və fərziyyələr uydurmadır.

Qeyd edək ki, yeni dilləri öyrənmək xeyirdir. Bu yaddaşı inkişaf etdirir, səyahətə çıxmaq, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış olmaq üçün yeni imkanlar açır. Təzə bir şey öyrənmək insan ahıl yaşa çatanda da zehin aydınlığını saxlamağa və intellektual tənəzzüldən qorunmağa kömək edir.