Bir neçə dövlət əmlakı özəlləşdi

bir-nece-dovlet-emlaki-ozellesdi
Oxunma sayı: 863

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. 

“Qafqazinfo” xəbər verir ki, bu dəfəki hərracda 7 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsinin 4-ü Bakıda, 3-ü regionda yerləşir. 

Paytaxt üzrə özəlləşdirilən 4 kiçik dövlət müəssisəsi müvafiq olaraq Qaradağda, Nəsimidə, Binəqədidə və  Nərimanovda yerləşir. 

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Bakının Qaradağ rayonunda yerləşən “Metal və ərzaq anbarı”ı, İmişli rayonunda yerləşən 2 saylı yanacaq doldurma məntəqəsi aiddir. Qeyd edilməlidir ki, “Metal və ərzaq anbarı”ının torpaq sahəsi 14451,8 kv.m, ümumi faydalı sahəsi isə 2175 kv.m-ə yaxındır. 2 saylı yanacaq doldurma məntəqəsinin isə torpaq sahəsi 27,5 kv.m, ümumi faydalı sahəsi isə 1370,5 kv.m dir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 3 kiçik dövlət müəssisəsi müvafiq olaraq Gəncədə, İmişlidə, Qubada yerləşir.