“Sizə zövqümü necə formalaşdırmağım barədə bir neçə fikir söyləyim. Ürəyimdən nə keçirsə onu geyinirəm. Əsas mənə yaraşan olsun”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Günay İbrahimli söyləyib.
Sənətçi dəbli olmağa çalışanlardan danışıb:
Moda dərgilərini daim izləyirəm. Bu il daha çox qırmızı rəng dəbdədir. Onu da deyim ki, yaraşmayan libası geyinib dəbli olmağa çalışırlar. Bu şeyin əleyhinəyəm. İnsanın özünə yaraşdırıb geyindiyi hər şey dəb sayılır”.
Günay İbrahimli onu da vurğulayıb ki, fərqli obrazda yeni fotolayihəyə imza atacaq:
“Musiqisi Tərlan Məmmədhüseynova, sözləri Fərdi Quliyevə məxsus “Sən məndən gedən gündən” adlı mahnı ifa etmişəm. Tezliklə həmin mahnıya klip çəkdirəcəm. Bir neçə gün sonra fərqli obrazda fotosessiya etdirəcəm”.
Fotolar: Nuran




Son xəbərlər
Son Xəbərlər