Bir neçə kənddən ermənilər köçürüldü - Otellərə yerləşdirildilər

bir-nece-kendden-ermeniler-kocuruldu
Oxunma sayı: 5231

Azərbaycanın işğal edilmiş torpaqlarında cəbhə xəttinə yaxın yaşayan ermənilər evakuasiya olunublar.

“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, təmas xəttində yerləşən bir neçə kənddən Xankəndinə çoxlu sayda yaşlılar, uşaqlar və qadınların gəldiyi bildirilib. Xankəndində qohumları olmayan ailələr isə otellərə yerləşdiriliblər.

Şəhər sakinləri bildiriblər ki, hər ehtimala qarşı isti geyimlər, ərzaqlar və sənədlər hazır vəziyyətdə toplanıb.