Bir neçə ölkə Lavrova görə hava məkanını bağladı

bir-nece-olke-lavrova-gore-hava-mekanini-bagladi
Oxunma sayı: 1985

“Serbiyanı əhatə edən ölkələr Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağlayıb”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya nümayəndə heyəti Belqradda danışıqlar aparmalı idi. Lakin Aİ və NATO-ya üzv ölkələr öz hava məkanını bağladı. Bu, kommunikasiya kanallarının növbəti dəfə bağlanmasıdır”, - deyə Zaxarova söyləyib.

Qeyd edək ki, daha əvvəl Serbiyanın “Večernje novosti” qəzetinin yaydığı məlumata görə, Bolqarıstan, Şimali Makedoniya və Monteneqro Serbiyaya yollanan Lavrovun təyyarəsinə hava dəhlizi yaratmaqdan imtina edib.