Bir neçə saat işıq söndü - Ölkəyə nə qədər ziyan dəydi?

bir-nece-saat-isiq-sondu
Oxunma sayı: 5766

Enerji məsələləri üzrə ekspert  İlham  Şaban ötən gecə Mingəçevir İES-də baş verən və  bütün ölkəni qaranlığa qərq edən hadisəyə məsul olan Azərenerji tərəfindən ölkə sənayesinə vurulan ziyan barədə  məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə  sosial şəbəkədə yazan ekspert elekteik enerjisinin ölkə ərazisində maştablı kəsilməsi ilə bağlı araşdırmalarını davam etdirdiyini qeyd edib: “Ölkə sənayesinə vurulan ziyanı bir neçə gündən sonra daha dəqiq görmək olar. İlkin olaraq isə, Sumqayıt lokomotivin kimya sənayesi tam dayanıbmış. Azərbaycanın qurudakı buruqları enerji kəsildiyindən müvəqqəti olaraq fəaliyyətlərini dayandırmalı olublar, buruqların işə salınması tədricən  baş verir. Ölkənin neftayırma zavodunda da qurğular dayanıbmış. Ölkənin su təsərrüfatına xeyli ziyan dəyib, çünki nasos stansiyaları işləmədiyindən istehlakçıların fasiləsiz su təminatı pozulub”.

 Günel Türksoy