Bir neçə yanğın hadisəsi qeydə alınıb

bir-nece-yangin-hadisesi-qeyde-alinib
Oxunma sayı: 856


“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda 16 mərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılmış 81 ədəd elektrik sayğacı yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərriki və şiti yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Həmçinin Beyləqan şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilimiş ümumi sahəsi 10 kv.m olan hamamın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.