Bir nəfər kanalda batdı

bir-nefer-kanalda-batdi
Oxunma sayı: 1661

Taxtakörpü kanalının Şabran rayonu, Vələsli kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub.