“Bir oğlanın ürəyini çıxarıb ovcuna qoymuşdular”

bir-oglanin-ureyini-cixarib-ovcuna-qoymusdular
Oxunma sayı: 649

Təşkilatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sorğu QAT fəalları tərəfindən Bakı və Bakı ətrafında, Naftalan, Gəncə, Şəki, Ağdam, Bərdə, Yevlax, Mingəçevir, Goranboy, Cəlilabad bölgələrində 1000 nəfərin arasında aparılıb. Rəyi soruşulanların 65,9 faizini kişilər, 34,1 faizini qadınlar təşkil edib. Anket-sorğuda respondentlərə - Erməni işğalı nəticəsində hansı yaxınlarınızı itirmisiniz? ; Sizə hansı maddi ziyan dəymişdir?; “Hansı erməni vəhşiliklərinin şahidi olmuş və ya eşitmisiniz?” Sizin haqqınızın pozulmasına beynəlxalq təşkilatların münasibətini necə qiymətləndirirsiniz?; Torpaqların hansı yolla azad olunacağını mümkün hesab edirsiniz?; xarakterli suallar verilib.

Sualları cavablandıran respondentlər “bir oğlanın ürəyini çıxarıb ovcuna qoymuşdular”; “hamilə qadının qarnını yarıblar”; “atamın dayısı arvadını diri-diri ağaca bağlayıb yandırıblar”; “körpələri süngülərə keçirmişdilər”; “başın kəsib qanını içdiyini görmüşəm”; “əsirlikdə dişlərimi, dırnaqlarımı çıxardıb, əllərimi yandırıblar”; “düşmənin əlinə keçməmək üçün qadınlar özlərini qayadan atırdı” tipli cavablar verən respondentlərin ümumilikdə 85,6 faizi beynəlxalq təşkilatların fəaliyyətini pis, 14,3 faizi kafi, 0,1 faizi yaxşı qiymətləndirib. Kişilərin 74 faizi isə münaqişənin həllində hərb yoluna üstünlük verib, qadınların isə 53 faizi sülh yolunun tərəfdarı olduğunu bildirib.

Sorğu 2011-ci il mayın 15-dən iyunun 6-na qədər Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçirilib.

Səidə Teyyubqızı