Bir ördəyin ölümünə görə başlayan dava...

bir-ordeyin-olumune-gore-baslayan-dava
Oxunma sayı: 2078

Bakı Ağır Cinayətlər Məhkəməsində bir ördəyin ölümünə görə başlanan davada iki qohumunu bıçaqlamaqda təqsirləndirilən Pərvin Məmmədova cəza istənilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə,  hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək P.Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 4-də davam etdiriləcək. 

İttihama görə, işdən evə qayıdan zərərçəkən Bəhram Əlixanov həyətdəki ördəyin birinin öldüyünü görüb. Bundan əsəbləşən kişi arvadını döyüb. Qadının qardaşı Pərvin Məmmədov B.Əlixanovla bacısını döydüyünə görə mübahisə edib. Söhbəti həll etmək üçün məktəbin stadionunda görüş təyin ediblər. Bəhram görüşə qardaşı Sürətlə gəlsə də, Pərvin ora gəlməyib. Qardaşlar mübahisəni davam etdirmək üçün Pərvinin evinə gediblər. Bəhram həyətdə olan Pərvinin başından butılka ilə vurub, o da bıçaqla hər iki qardaşa zərbə vurub. 

Onların həyatını xilas etmək mümkün olub, məhkəmədə isə şikayətçi olmadıqlarını bildiriblər. 

Murad Əhməd