Gecə saatlarında Balakən rayonunda qəza olub.
“Qafqazinfo” xəbər verir ki, rayonun Qazma kənd sakini Eltun Hacıyev “UAZ” markalı avtomaşınla rayonun Tülü kəndində hərəkətdə olarkən idarəetməni itirib. O, yolun kənarındakı telefon dirəyinə dəyib və avtomobil yoldan çıxaraq aşıb.
25 yaşlı sürücü hadisə yerindəcə ölüb. Avtomobildə sərnişin qismində əyləşən 22 yaşlı Məftun Hacıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər