“Bir qəpik də xərcim çıxmadı”- - Flora Kərimova

bir-qepik-de-xercim-cixmadi-
Oxunma sayı: 1665


“Qafqazinfo”nun məlumatına görə, “Səni gözləyəcəyəm” adlanan klipin təqdimatına bir çox media nümayəndələri dəvət olunub. Mahnının musiqisi Sevinc Tofiqqızına, sözləri isə millət vəkili Qənirə Paşayevaya aiddir. Klipin rejissoru Nail Naiboğludur. Tədbirə qəmli notlarla başlayan Kərimova son nəfəsinədək xalqına xidmət edəcəyinə söz verib: 

“Ömür vəfa etsə sona qədər sizlərlə yaşayıb, yaradacam. Heç bir xəstəliyim yoxdur, səhhətimdə hər şey qaydasındadır. Bu gün təqdim etdiyimiz klip çox keyfiyyətlidir . Əziyyəti keçən hər kəsə təşəkkürümü bildirirəm. Bu klip üçün kimsə məndən pul almadı. Heç bir qəpik xərcim çıxmadı. Düşünürəm ki, klipi izləyənlər razı qalacaq”. 

Tədbirin sonlarına yaxın Sevinc Tofiqqızı mirvarilərlə bəzədiyi əl işini xalq artistinə hədiyyə edib.