“Bir qız vardı, bizə uyğun deyildi...” – - Qriqoryanın atası

bir-qiz-vardi-bize-uygun-deyildi-
Oxunma sayı: 2245


Andranikin anası Nelli Qriqoryan ailəsində problemlərin olması ilə bağlı yayılan şayiələrin doğru olduğunu, lakin oğlunun bu səbəbdən təslim olmasına inanmadığını deyib:

“Bir qız vardı, mən dedim ki, o bizə uyğun deyil. O, universitet bitirib, biz isə yox. Problem bu idi və başqa heç nə yox idi”.

Andranikin atası isə bildirib ki, o bir dəfə hərbi hissədən evə qəzəbli halda gəlmişdi, yoldaşları onu incidirdi. 

Qeyd edək ki, daha əvvəl Ermənistan Müdafiə naziri Seyran Ohanyan əsgərin ailəsində problemlər olduğunu və onun bu səbəbdən qarşı tərəfə keçdiyini bildirmişdi.