Bir qrup erməni vətəndaşın Laçın sərhəd məntəqəsindən keçməsinə şərait yaradılıb - Video

bir-qrup-ermeni-vetendasin-lacin-serhed-menteqesinden-kecmesine-serait-yaradilib
Oxunma sayı: 3369

Qarabağın erməni sakinlərinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, avqustun 8-də bir qrup erməni sakin BQXK əməkdaşlarının müşayiəti ilə Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək, Ermənistandan Xankəndi istiqamətində hərəkət edib.

Erməni əsilli Azərbaycan vətəndaşlarının sənədləri keçid məntəqəsində prosedura uyğun yoxlanılaraq rəsmiləşdirilib.

Sakinlərlə yanaşı, BQXK-nın avtomobillərində dərmanlar, tibbi ləvazimatlar və digər zəruri malların keçidi üçün də şərait yaradılıb.