Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verildi - Fotolar

bir-qrup-sehid-ailesi-ve-muharibe-eliline-menzil-verildi
Oxunma sayı: 1303

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Lənkəran rayonunda və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillər bir qrup şəhid ailəsi və müharibə əlilinə təqdim edilib.

“Qafqazinfo”nun məlumatına görə, mənzillərin sənədlərinin təqdim olunması zamanı vurğulanıb ki, 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil həmin insanlara təqdim olunub. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 253 mənzil verilib. Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6907 mənzil mənzil təqdim edilib.

Yeni mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi  tədbirlərindən razılıqla bəhs ediblər.