Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verildi - Fotolar

bir-qrup-sehid-ailesi-ve-muharibe-eliline-menzil-verildi
Oxunma sayı: 1439

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olunub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, evlərin istifadəyə verilməsi tədbirində qeyd olunub ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 515-i verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi də təmin ediləcək.

İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7169 mənzil və fərdi ev təqdim edilib.