Bir qrup turist Elbrus dağında qalıb

bir-qrup-turist-elbrus-daginda-qalib
Oxunma sayı: 3056

Əlverişsiz hava şəraiti səbəbilə 4 nəfərdən ibarət qrup Elbrus dağında qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kabardin-Balkar Respublikası Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi öz teleqam kanalında məlumat yayıb.

“Elbrus dağında 5300 metr hündürlükdə 4 nəfərdən ibarət qrup hava şəraiti səbəbindən enə bilməyib və kömək istəyiblər”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, artıq beş nəfər və bir texnika turistlərin axtarışı ilə məşğuldur.