Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisi Luqansk vilayətində verilən tapşırığı yerinə yetirərkən itkin düşüb.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu “Ukrayna 112” telekanalının efirində “Mariupol” taktiki qruplaşmanın mətbuat nümayəndəsi Dmitri Zavtonov bildirib.
“Bir qrup hərbçi ön xətdə müşahidə ilə bağlı tapşırığı icra edərkən itkin düşüb”, - deyə Zavtonov bildirib. İtkin düşənlərlə hələ ki əlaqə saxlamaq mümkün olmayıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər