Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video - Yenilənib

bir-qrup-ukraynali-herbci-kursk-istiqametinde-teslim-oldu
Oxunma sayı: 5111

Ukrayna Silahlı Qüvvələrinin 24 hərbçidən ibarət bölməsi Rusiya ordusunun hərbçilərinə təslim olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” agentliyi yayıb. 

Hadisənin Kursk istiqamətində Komarovka kəndi yaxınlığında baş verdiyi, ukraynalı hərbçilərin bunun üçün xüsusi yaradılmış teleqram kanalından istifadə etdiyi bildirilib. 

Agentlik, həmçinin prosesin pilotsuz uçuş aparatı ilə çəkilmiş görüntülərini də yayıb.

***

Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəisinin müavini Apti Alaudinovun sözlərinə görə, Kursk istiqamətində daha iki ukraynalı hərbçi təslim olub.