Bir saatda 4 mağaza soyan modelin cəzası bəlli oldu

bir-saatda-4-magaza-soyan-modelin-cezasi-belli-oldu
Oxunma sayı: 3872

İnstaqramın məşhur modeli Monika Marina Aqustino oğurluq faktı üzrə həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə qərarına əsasən 24 yaşı model ötən il oğurluq etdiyinə və narkotik maddə daşıdığına görə saxlanılmışdı. İstintaq zamanı məlum olub ki, Monika 1 saat içərisində 4 mağazanı soyub. O, əsasən nəğd pul və kredit kartlarını, o cümlədən müxtəlif geyimlər oğurlayıb. Bir uşaq anası olan modelə 24 ay həbs cəzası verilib.

Qərara görə, hökm müttəhim cəzasının 18 ayını həbsxanada çəkmədən şərti azadlığa buraxılma ilə əvəz edilə bilməz. Aqustino məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.