Bir saatdır ki, yolda tıxac var...

bir-saatdir-ki-yolda-tixac-var
Oxunma sayı: 2032

Bu gün səhər saatlarından Bakının Nobel prospektində böyük tıxac müşahidə olunur.

“Qafqazinfo”ya daxil olan məlumata görə, artıq saat yarımdır ki, ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

***

“Qafqazinfo” məsələ ilə bağlı Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzdən bildirilib ki, tıxaca səbəb yolun bir zolağının bağlanması olub. Hazırda isə problem aradan qaldırılıb, ərazidə tıxac müşahidə olunmur.

Günel Hacı