Bakıda insan ölümü ilə nəticələnən hadisə baş verib.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 15-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Bakı şəhər sakini, epilepsiya xəstəsi olan A.İsmayılovun evində tanışı Elvin Əliyevlə aralarında münaqişə olub. E.Əliyev sillə ilə A.İsmayılovu vurub və o hadisə yerində ölüb. E.Əliyev könüllü olaraq Xəzər RPİ-yə gələrək hadisə barədə məlumat verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
Qeyd edək ki, E.Əliyevin hadisəni törətməsi sübuta yetirilərsə, o iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər